00:00:00
Yazar
Elmira Ağayeva
08.06.2026 19:57 25 1 dəq oxuma
Siyasət

Livanı hədəf alsalar, daha sərt cavab verəcəyik”

“Livanı hədəf alsalar, daha sərt cavab verəcəyik”

 

İran aprel ayında İsrail və ABŞ ilə əldə olunan atəşkəsdən sonra ilk dəfə olaraq dünən İsrailə qarşı başladığı raket hücumlarını dayandırdığını açıqlayıb.

İranın ən yüksək hərbi komandanlıq qurumu olan “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı iyunun 8-də yaydığı bəyanatda “silahlı qüvvələrin əməliyyatlarının dayandırıldığını” elan edib.

Lakin bəyanatda eyni zamanda bildirilib ki, İsrailin hücumları, o cümlədən Cənubi Livana qarşı əməliyyatları davam edərsə, İran buna “əvvəlkindən daha sərt və güclü şəkildə” cavab verəcək.

İran İsrailin Beyrutun cənubuna təşkil etdiyi hücuma cavab olaraq iyunun 7-də əməliyyatlara başlayıb. Tehranın hücumlarından sonra İsrail də İranın bəzi bölgələrinə hava zərbələri endirib.

ABŞ Prezidenti Donald Tramp da İranın açıqlamasından qısa müddət əvvəl hər iki ölkəni “atəşi dayandırmağa” çağırıb.

Tramp daha sonra etdiyi paylaşımda İsrail və İranın “təcili atəşkəs əldə etməyə çalışdıqlarını” bildirib.

İranın İsrailin şimalına raket hücumu təşkil etməsindən sonra İsrail də İranın qərb və mərkəzi bölgələrinə hava hücumları həyata keçirib.


BBC News
Nuray Əliyeva

#İran #İsrail #Livan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər