00:00:00
Yazar
Admin User
01.09.2025 15:07 130 1 dəq oxuma
İdman

Liverpool tarix yazıb

Liverpool tarix yazıb

Liverpool klubu yay transfer pəncərəsinin son günündə möhtəşəm keçidə imza atıb. Mersisayd təmsilçisi Newcastle United-dan isveçli hücumçu Alexander Isakı transfer etmək üçün 125 milyon funt sterlinq ödəyib. Müəyyən bonuslarla bu məbləğ 130 milyon funt-a qədər yüksələ bilər. Bu, Britaniya futbol tarixində yeni transfer rekordudur.

 

25 yaşlı forvard bu gün tibbi müayinədən keçəcək və 6 illik müqavilə imzalayacaq. Onun həftəlik maaşının 300 min funt olacağı deyilir.

 

Xatırladaq ki, Liverpool daha əvvəl Florian Wirtz üçün 100 milyon funt ödəyərək klub tarixinin rekordunu qırıb. İndi isə Isak transferi ilə bu rəqəm yenilənib. Yay ərzində Hugo Ekitike, Milos Kerkez, Jeremie Frimpong, Giorgi Mamardashvili və digər futbolçuları da heyətinə qatan klubun ümumi xərcləri 440 milyon funtu keçib. Bu, Premyer Liqa tarixində bir mövsümdə edilən ən böyük transfer xərci sayılır.

 

Newcastle isə artıq hücum xəttini gücləndirmək üçün Stuttgart-dan Nick Woltemade-ni transfer edib. Klub, əlavə olaraq Yoane Wissa və Jorgen Strand Larsen kimi hücumçularla da maraqlanır.

 

Bu keçidlə birlikdə Isak, 2023-cü ildə Chelsea-nin Moisés Caicedo üçün ödədiyi 115 milyon funtluq rekordu geridə qoyaraq Britaniya futbolunda ən bahalı oyunçu adını qazanıb.

 

BBC Sport

Nərmin Aslanzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər