"Liverpool" un ulduz futbolçusu Mohamed Salah mövsümün sonunda klubu tərk edəcək
"Liverpool"un ulduzu Mohamed Salah mövsümün sonunda İngiltərə klubunu tərk edəcəyini açıqlayıb. "Liverpool" Salahın 2027-ci ilin iyununa qədər müqaviləsinə baxmayaraq, futbolçunun klubdan azad agent kimi ayrılmasına icazə verəcək.
Salah "Liverpool" un bütün zamanların bombardiri siyahısında Ian Rush və Roger Hunt'dan sonra üçüncüdür və dörd dəfə Premyer Liqanın "Qızıl buts" mükafatını qazanıb. 33 yaşlı Misirli hücumçu "Liverpool"un heyətində 435 oyunda 255 qol vurub. Salah yeni klubu ilə bağlı hələlik heç bir açıqlama verməyib.
CNN
Samirə Allahverdizadə