00:00:00
Yazar
Admin User
10.02.2026 05:52 44 1 dəq oxuma
Dünya

Liviyanın cənubunda helikopter qəzası nəticəsində beş nəfər həlak olub

Liviyanın cənubunda helikopter qəzası nəticəsində beş nəfər həlak olub

Liviyanın cənubundakı "Maaten əs-Sarra" hərbi bazası yaxınlığında Liviya Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı beş nəfər həlak olub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

 

Məlumata görə, helikopter səhradan təcili tibbi təxliyə üzrə humanitar missiya yerinə yetirirmiş.

 

Qeyd edilib ki, qurbanlar arasında Liviya hərbçiləri və tibbi heyətlə yanaşı, tibbi təxliyə briqadasının tərkibində olan iki əcnəbi hərbçi də olub.

 

Hakimiyyət orqanları helikopterin qəzaya uğrama səbəblərini araşdırmağa başlayıb. İlkin ehtimala görə, hadisə uçuş aparatındakı texniki nasazlıq səbəbindən baş verib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər