00:00:00
Yazar
Admin User
29.09.2025 18:46 132 1 dəq oxuma
İdman

lll MDB Oyunları üçün təhlükəsizlik tədbirləri təşkil olunur

lll MDB Oyunları üçün təhlükəsizlik tədbirləri təşkil olunur

Gəncə və daha 6 şəhərdə bu gündən başlanan lll MDB Oyunları üçün təntənəli açılış mərasimi keçirilib. Oyunlar ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri təmin olunur. 

 

 

Mövzu haqqında ekspert İlkin Məmmədkərimov "İnformator.az"a açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyində oyunlar öncəsi video konfrans formatında müşavirə keçirilib:

 

 

" Ümümiyyətlə qonaqların və yarışmaçıların təhlükəsizliyi tam qorunacaq. Azərbaycan mühafizə orqanları çox peşəkardırlar və hər kəsi təhlükəsizlik ilə təmin edəcəkləri şübhəsizdir.

Ümumilikdə oyunlarda 12 ölkənin iştirakı təsdiqlənib. Bizim öz komandalarımız da yetərincə inkişaf edib və əsasən, taekvondo idman növündə medal qazanacağımız gözlənilir. Bütün ölkələr arasında ən potensiallı komandalara sahib olanlardan biri də məhz bizim ölkədir".

 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər