Londonun ən qədim restoranının binası Milli Fondun ixtiyarına verilib
Londonda 1798-ci ildən fəaliyyət göstərən “Rules” restoranının binası və tarixi kolleksiyası gələcək nəsillər üçün qorunmaq məqsədilə Milli Trasta (National Trust) hədiyyə edilib.
Kovent-Qardendə yerləşən restoran iki əsrdən artıqdır fəaliyyət göstərir. Burada Çarlz Dikkens, Çarli Çaplin, Devid Boui və Madonna kimi məşhurlar qonaq olublar. Dəyəri 11 milyon funt sterlinq olan binanın tarixi ziyarətçi kitabları, menyuları və fotoşəkilləri də qorunacaq. Restoran fəaliyyətini davam etdirəcək, icarə gəlirləri isə binanın saxlanmasına və bərpasına yönəldiləcək.
Milli Trastın rəhbəri Hilari Makqradi restoranı tarixi irsin canlı nümunəsi adlandıraraq onun keçmişini gələcək nəsillər üçün qorumağın vacibliyini vurğulayıb.
Güllüzar Nəbili
BBC