Loqoped nitq qüsurlu uşağı təhqir etdi
Ötən günlərdə Loqopedin nitq məhdudiyyəti olan azyaşlının üzərinə qışqırması, onu özünə tabe olmağa məcbur etməsi cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. Eyni zamanda isə Loqoped bu hərəkəti azmış kimi əsəbləri tarıma çəkən prosesi sosial media hesabında canlı yayım açaraq ictimaiyyətə seyr etdirir. Ən qəribəsi odur ki, kobutluğa məruz qalan uşağın valideynləri Loqopeddən şikayətçi deyil.
Məsələ ilə bağlı, Loqoped Aysel Nəbiyeva açıqlamasınsa deyir ki, əgər uşağa qışqırmaq şiddət sayılırsa, onda yüzlərlə valideyn tutulmalıdır.
“Düzdür qışqırmaq metod deyil, mən bunu demirəm. Mənim də səhvim var, mən səhvimin fərqindəyəm. Amma bu o demək deyil ki, bunu bu qədər şişirdib, qloballaşdırıb mənim ailəmi belə bu məsələyə salmalı idilər”.
Bəs niyə sosial media hesabınızda canlı yayım açaraq baş verənləri ictimailəşdirirdiniz?
Loqopedin suala cavabı isə belə oldu;
“Birincisi onu deyim ki, mən bütün dərslərimi canlı halda aparıram. Valideynlərdə qapının önündə oturur, əyləşir yəni bütün valideynlərim bunu təstiqləyə bilər. O video canlı video kəsilərək qoyulub yəni uşağı əzizlədiyim yeri, öpdüyüm yerini, bağrıma basdığım yeri qoymayıblar, öz mənafelərini güdərək istədikləri üçün paylaşıblar”.
Qeyd edək ki, Loqopedin təhsilsiz olması da sosial mediada əsas müzakirə mövzusu idi. O isə bu iddialara diplomunu göstərməklə cavab verdi.
“Bu da mənim diplomumdur, əsli də evdədir.Bu sürətidir, işdə əslini saxlamırıq”.
Lamiyə Xəqaniqızı
