00:00:00
Yazar
Admin User
30.09.2025 18:28 118 1 dəq oxuma
İdman

Loran Blan istefaya göndərilib

Loran Blan istefaya göndərilib

"Loran Blanın istefaya göndərilməsi həqiqətən anlaşılmaz qərardır. Çünki keçən il qazandığı nailiyyətlər, titullar bəllidir və çempionatın əvvəlində 4 oyuna 9 xal yığıb, yəni cəmi üç qələbə və bir məğlubiyyətə görə insanı göndərməzlər".

 

Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İntormator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu, sırf idman nəticələrinə görə baş verməyib:


"Ola bilsin ki, Loran Blanın komanda daxilində aparıcı futbolçularla münaqişəsi olub. Fikir ayrılığı ola bilər, konflikt yaşaya bilərlər və ya ola bilsin ki, rəhbərlikdə təmsil olunan hər hansı bir şəxs, məsələn, idman direktoru ilə bir fikir ayrılığı var. Amma istənilən halda bu, anlaşılmaz qərardır, yəni düzgün qərar deyil. Futbolda bu cür məsələlərə baxsaq, məşqçini bir məğlubiyyətə görə göndərməzlər. Gələcəkdə nə olacaq? "Əl-İttihad"a necə təsir edə bilər? İnanmıram çox ciddi təsir edə bilsin. "Əl-İttihad", Səudiyyə Ərəbistanının üç ən zəngin varlı klubundan biridir. Heyəti yaxşıdır, yeni bir baş məşqçi gətirəcəklər və yollarına davam edəcək".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər