00:00:00
Yazar
Admin User
08.01.2026 18:17 81 1 dəq oxuma
Dünya

Lukaşenko Maduronun tutulmasından danışıb

Lukaşenko Maduronun tutulmasından danışıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə mükafatlandırma mərasimi zamanı Venesuelada baş verən son hadisələri şərh edib.

 

"İnformator.az" “Minskaya Pravda”a istinadən xəbər verir ki, Lukaşenko Maduro və xanımının ABŞ xüsusi təyinatları tərəfindən saxlanılması məsələsində sövdələşmənin olduğunu bildirib.

 

“İstəyirəm ki, məni anlayasınız: Orada hər şey var idi. Sövdələşmə, Venesuelada insanlara, o cümlədən hərbçilərə, mülki şəxslərə ödənilən pullar... Orada sövdələşmə və xəyanət var idi. Hər şey olub”, - deyə o bildirib.

 

Lukaşenko ABŞ-nin Venesueladakı əməliyyatını Donald Trampın "orduya güzəşt etməsi" ilə əlaqələndirib.

 

"Venesuelaya gəldikdə isə, onlar bir vaxtlar bizə kömək əli uzadan dost millətdirlər. Əgər kimsə unudubsa, mən unutmamışam. Onlar ölkəmizi xilas etmədilər, amma çox dəstəklədilər. Çavesin dövründə, Nikolas Maduro ilə birlikdə işlədikləri zaman... Mən tez-tez orada olurdum, hər ikisini tanıyırdım", - deyə o qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər