00:00:00
Yazar
Nərmin Həşimova
24.07.2026 20:40 28 3 dəq oxuma
Sosial

Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənib

Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənib

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə əlaqədar qaçqın və məcburi köçkünlərin hüquqi statusu, onların geri qayıdışı, sosial təminatı və bu statusun gələcək hüquqi tənzimlənməsi məsələləri yenidən gündəmə gəlmiş, dövlət vasitəsilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan şəxslərin statusunun gələcəyi və onlara verilən sosial təminatların davam etdirilməsi məsələləri aktuallaşmışdır”.


Bu fikirləri hüquqşünas Məhəmməd Səfərov “İnformator.az”a açıqlamasında deyib:

 

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən “Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş bu  hallarda itirir:əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə;bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə: bu Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin ikinci və üçüncü abzaslarında nəzərdə tutulan yaşayış yerlərindən imtina etdikdə.Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna edilən dəyişikliklə Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşib. Belə ki, İndiyə qədər, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir.Dəyişikliyə əsasən məcburi köçkünlər yuxarıda qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək. Keçid müddəasına əsasən, bu Qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu Qanun qüvvəyə mindiyi tarixdən itirilir. Yeni Qanuna əsasən, şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək. Bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək. İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə daimi yaşayış sahələrinə köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi üçün nəzərdə tutulur. 
Bu dəyişiklik məcburi köçkünlərin hüquqlarını tam ləğv etmir, lakin onların həyata keçirilməsi qaydasını dəyişir. Son qanun layihəsinə əsasən, məcburi köçkün statusunun itirilməsi halları genişləndirilir. Əgər şəxs dövlət tərəfindən əvvəlki yaşayış yeri üzrə və ya qanunla müəyyən edilmiş qaydada təklif olunan yaşayış yeri ilə təmin olunarsa və bundan əsassız imtina edərsə, məcburi köçkün statusunu itirir.Məcburi köçkün statusuna bağlı sosial təminat və güzəştlər mərhələli şəkildə yeni modelə keçiriləcək.Qayıdış və daimi məskunlaşma prosesi sürətləndiriləcək. Dövlətin təqdim etdiyi yaşayış yerindən imtina edən şəxslər məcburi köçkün statusunu və həmin statusa bağlı hüquqları itirəcəklər. Eyni zamanda, yeni modeldə köçürülən şəxslərin sosial təminatlarının dərhal dayandırılması nəzərdə tutulmur. Keçid dövrü ərzində sosial dəstəyin müəyyən müddət davam etdirilməsi də planlaşdırılır”.


Nurgün Qənizadə

#məcburi #statusu #qanunvericilik #köçkün #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər