00:00:00
Yazar
Zəri Bayramlı
21.04.2026 22:22 30 2 dəq oxuma
İdman

"Məğlubiyyətlər var, bu, normaldır, əsas nəticə çıxarmaqdır" -Kənan Məstəliyev

"Məğlubiyyətlər var, bu, normaldır, əsas nəticə çıxarmaqdır" -Kənan Məstəliyev

 


U-19 qadın futbol yığmasında yaşanan problemlər bir daha göstərir ki, ölkədə bu sahədə əsas çətinlik kadr çatışmazlığı ilə bağlıdır. Baş məşqçi Həbib Ağayevin də vurğuladığı kimi, aşağı yaş qruplarında sistemli inkişaf olmadan yuxarı səviyyədə sabit nəticə əldə etmək çətin görünür.

"Qadın futbolunu biz U-17, U-19, U-21 və ya milli komanda deyərək fərqləndirməməliyik. Çünki Azərbaycanda qadın futbolunun mühüm problemləri var və bunu bir gündə, qısa müddət ərzində həll etmək mümkün deyil". 


Bu sözləri idman jurnalisti, şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu işin obyektiv və subyektiv səbəbləri var:

"Subyektiv səbəb kimi gücümüzün zəif olması, obyektiv səbəb kimi mental dəyərlər məsələlərini deyə bilərəm. Qadınlarımızın futbola hələ də çox da yönəldirilməməsi böyük maneədir, hələ bu sindrom indi yavaşca aradan qalxır. Çünki təzə-təzə qadın idmanına, qadın futboluna ölkəcə baxış dəyişir. Bu proses indi indi formalaşmağa başlayır və qadın futbolçuların sayı çoxaldıqca keyfiyyətdə çox olacaq".


Müsahibin sözlərinə görə, inkişaf olarsa kəmiyyət in keyfiyyətə çevriləcək, bu proses isı doğru aparılmalıdır:


"AFFA U-19-un məğlubiyyətinə rəğmən doğru yoldadır, doğru addımlar atır. Qadınlarda çox yaxşı diqqət göstərilir. Çempionatımızda da komanda sayı iki dəfə artırılıb. Komanda sayının artımı keyfiyyətli futbola gətirib çıxaracaq. Nəticədə, klublar və millimiz Avropada nəticə əldə edəcək. Məğlubiyyətlər var, bu, normaldır və lazımdır. Amma ki, təbii ki, səhvlərdən nəticə çıxararaq qazanmağa başlamaq lazımdır. Mən düşünürəm ki, bir qədər də gözləməlidir, çünki 3-5 günün işi deyil. Bir şəkildə də gözləmək ki, artıq sistem olaraq hər şey qaydasına düşsün və yavaş-yavaş qazanmağa başlayır. Hazırda isə qadın futbolunun inkişafı üçün lazım olan addımlar atılır".


Zəhra Möhübbətova

#var # #əsas #bu # #məstəliyev
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər