00:00:00
Yazar
Elmira Ağayeva
25.09.2026 20:42 26 2 dəq oxuma
Sosial

Əmək müqaviləsi olmadan işləməyin hüquqi nəticələri

Əmək müqaviləsi olmadan işləməyin hüquqi nəticələri

 

Əmək müqaviləsi olmadan işləmək işçinin əmək hüquqlarının və sosial təminatlarının məhdudlaşmasına səbəb ola bilər. Bəs belə hallarda həm işəgötürəni, həm də işçini hansı hüquqi nəticələr gözləyir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki,işçilərin işə qəbulunun rəsmiləşdirilməsi əmək münasibətlərində tez-tez gündəmə gələn məsələlərdəndir:

 

“Dövlət işəgötürənlə işçi arasındakı münasibətlərin şəffaf və qanunvericiliyə uyğun tənzimlənməsi üçün bu sahədə elektron xidmətləri genişləndirir və prosedurları sadələşdirir. Əmək müqaviləsi rəsmiləşdirilmədən işçinin işə cəlb edilməsi qanunvericiliyə əsasən inzibati pozuntu hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, belə hallara görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək cərimə edilə bilər”.


Hüquqşünasın sözlərinə görə, nəzarətin gücləndirilməsi məqsədilə Əmək Müfəttişliyi mütəmadi nəzarət tədbirləri həyata keçirir:

 

“Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin həyata keçirdiyi yoxlamalar zamanı əmək müqaviləsi rəsmiləşdirilmədən, əməkhaqqı ödənilən işçilərin çalışdırılması aşkarlandıqda, bununla bağlı inzibati protokol tərtib edilir və qanunvericiliyə uyğun tədbirlər görülür”.

 

Ramil Süleymanov qeyd edib ki, bəzi hallarda işəgötürənlər məsuliyyətsizlik edir, məcburi sosial ödənişlərdən yayınmaq istəyirlər:

 

“İşəgötürənlə işçi arasında əmək müqaviləsi olduqda, işçiyə əlavə ödənişlər etmək, məzuniyyət hüququnu təmin etmək və digər öhdəlikləri yaranır. Bütün bunlar işəgötürəni əmək müqaviləsini rəsmiləşdirməməyə sövq edir. Amma bu, qətiyyən çıxış yolu deyil. İşəgötürənlər qanunvericiliklə müəyyən olunan qaydalara riayət etməlidirlər”.


Həmidə Cəbrayılova

#yeni #hüquqi #əmək #müqaviləsi #nəticələri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər