Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sosial Tərəfdaş” layihəsinə start verib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-nin təşəbbüsü ilə yaradılmış “Sosial Tərəfdaş” layihəsi çərçivəsində həssas əhali qruplarına , xüsusilə yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya alan şəxslərə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, eləcə də kompensasiya və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlara ölkə üzrə seçilmiş marketlər, apteklər və klinikalarda xüsusi endirim imkanları təqdim olunur. Seçilmiş müəssisələrin siyahısı "sosialterefdash.az" saytında yerləşdirilib.
Lakin layihə ilə bağlı bəzi suallar da yaranır: regionlarda yaşayan, internetə və ya smartfona çıxışı məhdud olan yaşlı pensiyaçılar platformadakı yeniliklər və endirim imkanları barədə necə məlumatlandırılacaq?Eyni zamanda, layihə hazırda paytaxt Bakı ilə yanaşı ucqar rayon və kəndləri hansı səviyyədə əhatə edir?
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlansa da, cavab əldə etmək mümkün olmayıb.