00:00:00
Yazar
Nərmin Həşimova
09.10.2026 19:25 29 1 dəq oxuma
Sosial

Əməkhaqqının gecikdirilməsinə görə işəgötürəni hansı məsuliyyət gözləyir?

Əməkhaqqının gecikdirilməsinə görə işəgötürəni hansı məsuliyyət gözləyir?

Əməkhaqqının düzgün hesablanmaması, az ödənilməsi və ya gecikdirilməsi işçilərin hüquqlarının pozulmasına səbəb ola bilər. Belə hallarda işçilərin şikayət etmək və ödənilməyən pullarını tələb etmək hüququ var.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, işəgötürən əməkhaqqını düzgün hesablamayıbsa, az veribsə və ya gecikdiribsə, buna görə məsuliyyət daşıyır:

 

“Vətəndaş Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edə bilər və işəgötürən buna görə cərimələnə bilər. Həmçinin məhkəməyə müraciət edərək əməkhaqqını tələb etmək mümkündür. Əməkhaqqının ödənilməməsi və ya gecikdirilməsi ilə üzləşən işçilər hüquqlarının qorunması üçün qanunla müəyyən edilən qaydada müvafiq qurumlara müraciət edə bilərlər”.


Güllüzar Nəbili

#əməkhaqqı #məsuliyyət #işəgötürən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər