Məkkə Birgə Müdafiə Sazişinin Strateji Siyasi və Müdafiə Komitəsinin birgə bəyanatı
Məkkə Birgə Müdafiə Sazişinin Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclasından sonra yayılan birgə bəyanatda qeyd olunub:
"Üç ölkə öz regionlarında davamlı sülh və sabitliyi təmin etmək məqsədilə Məkkə Sazişinin müəyyən etdiyi çərçivədə və regional məsuliyyət ruhuna əsaslanaraq birgə fəaliyyət göstərmək əzmində olduqlarını bir daha təsdiqləyirlər".
Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılmış Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası bu gün İstanbulda keçirilib. İclasdan sonra Məkkə Birgə Müdafiə Sazişinin Strateji Siyasi və Müdafiə Komitəsi birgə bəyanat yayıb.
Selcan Xudiyeva