00:00:00
Yazar
Ayan Sadi
19.08.2026 23:48 123 2 dəq oxuma
Gündəm

Məkkə sazişi: Orta güclərə və kollektiv çəkindirməyə üstünlük

Məkkə sazişi: Orta güclərə və kollektiv çəkindirməyə üstünlük

Avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan liderlərinin imzaladığı Məkkə sazişi regional təhlükəsizlikdə dəyişiklikdən xəbər verir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, dünyada gedən proseslər onu göstərir ki, dünya çoxqütblü quruluşa doğru getməkdədir və indiyə qədər mövcud olan təhlükəsizlik arxitekturaları özünü doğrultmur, artıq müasir dövrün çağırışlarına cavab vermir:

 

Hər hansı böyük gücün təhlükəsizlik təminatları da bir çox hallarda tam şəkildə özünü doğrultmur. Biz bunun əyani sübutunu Amerika-İsrail-İran savaşında gördük. Körfəz ölkələri onilliklərdən bəri öz təhlükəsizliklərinin Amerika tərəfindən təmin olunacağına ümid edirdilər və bu savaş onların ümidlərini doğrultmadı. İran tərəfindən bir çox Körfəz ölkəsi hədəf alındı və onlara zərər verildi. Məhz bu baxımdan dövlətlər artıq öz təhlükəsizlik strategiyalarını şaxələndirirlər və qlobal güclərlə bərabər, regional güclərlə əməkdaşlığın əhəmiyyəti getdikcə artmaqdadır.

 

Oqtay Qasımov qeyd edib ki, biz bunu iki həftə öncə imzalanmış Məkkə sazişində də gördük. Bu sazişi müsəlman dünyasının və regionun üç önəmli ölkəsi – Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı imzaladılar və belə bir ittifaq yaratdılar.

 

Məkkə sazişi Yaxın və Şərqi Asiyada kifayət qədər önəmli bir hadisədir və bu coğrafiyada kollektiv təminatların və çəkindirmə gücünün əhəmiyyətini artırır. Bu format Körfəz ölkələrinin ABŞ ilə imzaladığı anlaşmalara hansısa bir ziddiyyət təşkil etməməklə yanaşı, fərqli bir istiqamətdə təhlükəsizlik təminatlarının gücləndirilməsini də qarşısına məqsəd qoyur.

 

Bu ittifaqın işlək bir formata çevrilmək imkanları var. Bu formata çevrilərsə, bölgədəki düzənə kifayət qədər ciddi təsir edəcək. Ən önəmlisi isə budur ki, bölgədə çəkindiricilik gücü ilə bərabər, təhlükəsizliyin və sabitliyin bərqərar olunmasına ciddi töhfə verə bilər.

 

Nurgün Qənizadə

#yeni #orta #güclərə #gündəm #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər