00:00:00
Yazar
Zəhra Həsənova
14.08.2026 21:11 9 1 dəq oxuma
Sosial

Məktəbli formalarının qiymətləri açıqlanıb - ŞƏRH

Məktəbli formalarının qiymətləri açıqlanıb - ŞƏRH

Yeni tədris ilinin başlamasına az müddət qalmış məktəbli formalarının qiymətləri açıqlanıb. Valideynlərin məktəbli geyimlərinə tələbatının artdığı bu dövrdə formaların qiymətləri ailələrin əsas xərclərindən birini təşkil edir. Məktəbli formalarının qiymətləri model, ölçü və dəstinin tərkibindən asılı olaraq dəyişir. Valideynlərdən qiymətlərlə yanaşı, formaların keyfiyyətinə və standartlara uyğunluğuna da diqqət yetirmələri tövsiyə olunur.

 

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, məktəbli formalarına hər il olduğu kimi bu il də tələb-təklif prinsipi əsasında qiymətlərdə müəyyən dəyişikliklərin olması müşahidə edilir:

 

“Minimum əməkhaqqının dəyişməsi və digər iqtisadi amillər məktəbli formaları bazarına da təsir göstərir. Hər dəfə minimum əməkhaqqı nizamlananda bu, məktəb bazarına da təsir edilir. Məncə, 2025-2026-cı tədris ilində də burada müəyyən fərqlər olub. Dövlət təhsil müəssisələrində kitabların hər biri ödənişsiz olaraq təqdim olunur. Pis hal odur ki, bu gün bəzi işbazlar var ki, mövcud dərsliklərə əlavələr etməklə onu şagirdlərə almağa məcbur edirlər. Bu da valideynlərin arasında narazılıq yaradan faktorlardan biridir”.

 

Ekspert bildirib ki, məktəbli formalarına nəzarət mexanizminin müxtəlif qolları mövcud deyil:

 

“Çünki biz artıq bəzi halları pərakəndə də görürük. Hər kəs özünə uyğun, imkanına uyğun nələrsə tapa bilər, imkanına uyğun öz tələbatını ödəyə bilər”.

 

Fatimə Hüseynli

#azərbaycan #baki #formalarının #xəbər #qiymətləri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər