Əməliyyatsız müalicə üsulları hansı hallarda effektivdir?
Müasir tibbdə yüksək riskli xəstəliklərin müalicəsi üçün əməliyyatsız üsullar da tətbiq olunur. Bəs bu üsullar nə dərəcədə effektivdir?
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında həkim professor Adil Qeybulla bildirib ki, ümumiyyətlə orqanizmdə hər bir xəstəliyin klinik protokolu var. Ayrı-ayrı dərman maddələrinin və müalicə üsullarının, söhbət akademik təbabətdən gedirsə, müəyyən yaş üzrə də tətbiq üsulları var:
“Ona görə də alternativ üsullar dedikdə ola bilər ki, bir müalicə iki ya üç alternativ protokol olsun, amma bunlar akademik müalicədir. Mən akademik tibbdən başqa, yəni ənənəvi digər müalicə metodları, fitoterapiya, digər müalicə metodlarını alternativ hesab edə bilmərəm. Yəni bunlar köməkçi, əlavə müalicə metodları ola bilər, amma alternativ ola bilməz”.
Professor əlavə olaraq qeyd edib ki, hər bir xəstəliyin, sindromun öz müalicə protokolu var və biz onunla xəstələri müalicə etməliyik:
“Qalan digər inteqrativ müalicə üsulları, bunlar köməkçi üsullardır ki, bunlar əsas müalicəni əvəz edə bilməzlər”.
Aysu Abbasova