00:00:00
Yazar
Güllər Gülhüseynova
29.07.2026 21:25 30 1 dəq oxuma
İdman

"Mən artıq  "Sabah"dan bunu tələb edirəm, Avropa Liqasına çıxaq! " - Ağa Dadaşzadə 

"Mən artıq "Sabah"dan bunu tələb edirəm, Avropa Liqasına çıxaq! " - Ağa Dadaşzadə

"Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın KuPS klubunu iki oyunun nəticəsinə əsasən 3:0 hesabı ilə üstələyərək III təsnifat mərhələsinə yüksəlib. Azərbaycan çempionu bununla da minimum UEFA Konfrans Liqasının əsas mərhələsində iştirakını təmin edib.


"Sabah"ın bu qələbəsini çox yüksək qiymətləndirirəm, komanda yeni bir tarix yazdı".


Bu sözləri idman eksperti, jurnalist Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, klubun keyfiyyətli oyun aparması, düzgün sistem qurmasının məntiqi nəticəsi konfrans liqasında layiqli yeri tapması olub:


"Bunu çox müsbət qiymətləndirirəm. ||| təsnifat mərhələsinə keçən "Sabah" burda da özünü doğrultmalıdır. Klubun təcrübəsi, hazırki heyəti və baş məşqçinin savadı kifayət edir ki, UEFA Avropa liqasına çıxaq. Mən artıq  "Sabah"dan bunu tələb edirəm. Çünki komandanın gücü bunu deməyə əsas verir. O ki, qaldı şanslara, 70% deyərdim. Növbəti mərhələ üçün şansını qoruyub saxlaya bilər".


Zəhra Möhübbətova

#avropa #dadaşzadə #yeni #"sabah"dan #liqasına
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər