00:00:00
Yazar
Zəhra Həsənova
18.03.2026 21:40 18 1 dəq oxuma
İdman

"Mən bu təyinatı düzgün hesab etmirəm!" - Ceyhun Rzayev

"Mən bu təyinatı düzgün hesab etmirəm!" - Ceyhun Rzayev

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov U-20 yığmasına yeni təyin olunan portuqaliyalı mütəxəssis Ruy Jorjenin ölkəmizdə mühüm missiya ilə çalışacağını bildirib. O, yeni baş məşqçinin əsas məqsədinin komandanı dünya çempionatına hazırlamaq olduğunu vurğulayıb və yığmanın onun rəhbərliyi altında uğurlu nəticələr əldə edəcəyinə inandığını qeyd edib.


Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib ki, bizim əlimizdə yetəri qədər o yaşda futbolçu yoxdur:

 

"Bizdə Dünya Çempionatını təmsil edəcək yaşda futbolçu yoxdur. Əgər əldə material yoxdursa, sən nə qədər bahalı usta gətirirsən gətir, yaxşı ev tikdirə bilməyəcəksən. Ona görə mən bu təyinatı düzgün saymıram. Bir nəfər yerli məşqçi qoysaydılar yaxşı olardı. Azərbaycanlı məşqçi hər halda öz uşaqlarımızı daha yaxşı tanıyır. O, portuqaliyalı mütəxəssisdən daha yaxşı komanda formalaşdıra bilərdi".


Zəhra Möhübbətova

#baki #xəbər #hesab #təyinatı #düzgün
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər