00:00:00
Yazar
Lalə Qafarova
17.03.2026 19:03 39 2 dəq oxuma
Media

“Mənə fakt gətir, şayiə yox” - Tofiq Abbasov

“Mənə fakt gətir, şayiə yox” - Tofiq Abbasov


“Ən qızğın savaş informasiya cəbhəsində gedir və dezinformasiyaya qarşı mübarizə aparmaq istəyiriksə, zamanı düzgün idarə etməliyik”-  AzTV-nin siyasi icmalçısı, əməkdar jurnalist Tofiq Abbasov  


Teleradio Akademiyasındakı “Dezinformasiya və feyk jurnalistikası ilə mübarizə strategiyası. Süni intellektlə davranış metodikası” adlı təlimində belə deyib.
 

Tofiq Abbasovun sözlərinə görə, xüsusilə müharibə ərəfəsində informasiya axını kəskin artır və bu zaman “informasiya topları” işə düşür. Belə şəraitdə yayılan materialların təxminən 70 faizi saxta, 20-30 faizi isə həqiqətə əsaslanır. Bu səbəbdən jurnalistlər yalnız faktlara söykənməli, məlumatları bir neçə mənbədən yoxlayaraq müqayisə etməlidirlər. Siyasi-icmalçı hesab edir ki, bu mübarizədə yanaşma hava hücumlarından müdafiə sistemi kimi qurulmalıdır. Eyni zamanda, informasiya hücumlarına qarşı kontentlə cavab verilməsi mütləqdir.  Belə ki, mübahisəli məsələlərdə həmkarlarla və dostlarla müzakirələrin aparılması vacibdir. Fərqli baxışlar yeni ideyaların yaranmasına səbəb olur. Bəzən gözlənilməz şəxslərdən alınan fikir belə qlobal maraq doğura bilər.  


T. Abbasov jurnalistikada əsas prinsipin fakt olduğunu vurğuladı.  Bir sözlə,  hər jurnalistin daxili tapşırığı olmalıdır və o, daim fakt toplamalıdır. 
Onu da qeyd etdi ki, jurnalistikada süjet xəttinin əsas komponenti ekspozisiyadır. Və faktlardan ipucları toplayaraq material qurmaq mümkündür. Bu kontekstdə BBC-nin xəbər istehsalında istifadə etdiyi “buterbrod sistemi”ni nümunə kimi göstərmək olar. 


O, bəzi hallarda jurnalistlərin məsuliyyətdən yayınmaq üçün süni intellektə müraciət etdiyini bildirdi. Onun fikrincə, “süni” anlayışı etibarlılıq baxımından suallar doğurur və bu texnologiyadan nəzarətsiz istifadə yolverilməzdir.  Siyasi-icmalçı dünyada hazırda iki mühüm komponentin ön plana çıxdığını qeyd etdi: süni intellekt və enerji resursları. O bildirdi ki, süni intellekt həm feyk xəbərlərin yayılmasında, həm də hərbi texnologiyaların tətbiqində istifadə olunur.
Jurnalistlərə proseslərə biganə yanaşmamağı, fokus qruplar formalaşdırmağı və auditoriya ilə düzgün işləməyi tövsiyə etdi: “Zaman əsas resursdur. Xəbər vaxtında təqdim olunmadıqda dəyərini itirir”.  

Sitatın sonu.

 

Həcər Əmiraslanlı

Fəridə Sadıqzadə 

#teleradioakademiyası #media #fakt #informasiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər