Mənsur Yavaş CHP-dən istefa verib
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.
Yavaş sosial media hesabında açıqlamasında qərarının siyasi proseslər və partiya daxilindəki müzakirələrlə bağlı olduğunu bildirib. O, CHP daxilindəki fikir ayrılıqlarının Türkiyədə demokratik siyasətə zərər verə biləcəyini qeyd edib.
Yavaş siyasi yolunu müstəqil namizəd kimi davam etdirib-etdirməyəcəyinə dair qərarı ictimaiyyətin öhdəsinə buraxdığını deyib.
TRT Haber
Aişə Mustafayeva