00:00:00
Yazar
Aise Mustafayeva
23.09.2026 19:21 52 1 dəq oxuma
Dünya

TikTok-da “Xeyirxahlıq Mafiyası” zorakılığa qarşı mübarizə aparır

 

TikTok-da “Xeyirxahlıq Mafiyası” zorakılığa qarşı mübarizə aparır

ABŞ-də rəqəmsal marketinq mütəxəssisi Tayler Briklinin yaratdığı “The Kindness Mob” adlı TikTok icması onlayn zorakılığa məruz qalan insanlara dəstək göstərir.

 

Təxminən 500 min izləyicisi olan icma hər gün sosial mediada təhqir olunan şəxslərdən birini seçərək onun paylaşımlarına müsbət və dəstəkləyici şərhlər yazır. Briklinin sözlərinə görə, məqsəd internetdəki təcavüz mexanizmindən xeyirxahlıq üçün istifadə etməkdir.

 

 

Layihə nəticəsində bəzi iştirakçılar yeni izləyicilər qazanıb, sosial media gəlirləri əldə edib və daha geniş auditoriyaya çıxıblar. Mütəxəssislər isə müsbət davranışların sosial şəbəkələrdə insanlar arasında yayıla biləcəyini bildirirlər.

 

 

Bununla belə, Brikli gündəlik çoxsaylı müraciətlərin emosional baxımdan ağır olduğunu və layihənin müəyyən müddətə fəaliyyətini dayandırmasına səbəb olduğunu qeyd edib.

 

 

Ayşə Cəfərova

#aparır #qarşı #tiktok-da #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər