00:00:00
Yazar
Aise Mustafayeva
16.09.2026 22:24 48 1 dəq oxuma
Dünya

Məryəm Maqdalena haqqında ən mübahisəli təsvirlər sərgidə nümayiş olunur

 

Məryəm Maqdalena haqqında ən mübahisəli təsvirlər sərgidə nümayiş olunur

Məryəm Maqdalena əsrlərdir həm müqəddəs, həm də günahkar obrazında təsvir edilir. Onun haqqında formalaşan fərqli təsəvvürlər Frankfurtda keçirilən “Məryəm Maqdalen. Günah. Dua. Sevgi.” sərgisində bir araya gətirilib.

 

 

Sərgidə müxtəlif dövrlərə aid 10 sənət əsəri nümayiş olunur. Əsərlərdə Maqdalena tövbə edən qadın, İsanın sadiq davamçısı və güclü emosiyalar yaşayan bir obraz kimi təqdim edilir.

 

 

Mütəxəssislər qeyd edirlər ki, onun sənətdəki təsvirləri tarixi şəxsiyyətin özündən çox, müxtəlif dövrlərdə qadınlara münasibətin necə dəyişdiyini göstərir. Sərgi 17 sentyabrdan 17 yanvar 2027-ci ilədək davam edəcək.

 

Aişə Mustafayeva 

#təsvirlər #xəbər #olunur #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər