00:00:00
Yazar
Zəhra Həsənova
17.09.2026 11:45 12 1 dəq oxuma
Dünya

Paşinyan: 2022-ci ilə qədər Ermənistanın təhlükəsizlik modeli primitiv idi

Paşinyan: 2022-ci ilə qədər Ermənistanın təhlükəsizlik modeli primitiv idi

Ermənistan Baş naziri Nikol Paşinyan 2022-ci ilə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında qurulan təhlükəsizlik modelini primitiv adlandırıb. 

 

"İnformator.az" xəbər verir ki, bu barədə Nikol Paşinyan "Hərtərəfli təhlükəsizlik və dayanıqlılıq" beynəlxalq konfransında çıxışı zamanı deyib.

 

"2022-ci ilin sentyabr hadisələri göstərdi ki, yeni yanaşma formalaşdırmasaq Ermənistanı itirəcəyik. Ermənistanın dövlətçiliyini və suverenliyini itirməyə çox yaxın olmuşuq. Təhlükəsizlik çoxşaxəli anlayışdır. 2022-ci ilə qədər mövcud olan təhlükəsizlik modeli mahiyyət etibarilə primitiv idi. Düşünürdü ki, KTMT bizim təhlükəsizliyimizi təmin edəcək", - N. Paşinyan bildirib.

O qeyd edib ki, 1994-2022-ci illər arasında Ermənistan mediasında KTMT-nin lazımi anda ölkənin təhlükəsizliyini təmin etməyəcəyi ilə bağlı minlərlə ekspert qiymətləndirməsi olub: 

“Əsas məsələ odur ki, niyə bütün bu nəticələr müvafiq addımların atılmasına gətirib çıxarmayıb. Ermənistan onilliklər ərzində hara gedəcəyini dəqiq bilərək müəyyən yolla hərəkət edib".

#qədər #modeli #gündəm #primitiv #idi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər