00:00:00
Yazar
Zəhra Həsənova
25.05.2026 22:55 15 1 dəq oxuma
Sosial

Məsafəyə görə ödəniş metropolitenin gündəmindədir?

Məsafəyə görə ödəniş metropolitenin gündəmindədir?

Bakı Metropolitenində gedişhaqqının məsafəyə görə hesablanması ideyası yenidən müzakirə mövzusuna çevrilib. Dünyanın bir çox şəhərində tətbiq olunan bu model sərnişinlərin qət etdiyi məsafəyə uyğun ödəniş etməsini nəzərdə tutur.

Mövzu ilə bağlı “İnformator.az” a sərnişin Minarə Məmmədova bildirib ki, bu vəziyyəti yaxşı qarşılayıram:

“Çünki çox vaxt qısa məsafələrdən istifadə edirəm və bu da mənim büdcəmə təsir göstərir. Sadəcə metro stansiyalarının sayını artırmaq və alternativ marşrutlar açmaq lazımdır. Əgər məsafəyə görə ödəniş tətbiq edilərsə, heç bir narahatlığımız olmaz. Bu, metrodan hər gün istifadə edən sərnişinlərə müsbət təsir göstərər”.


Məsələ ilə  bağlı “İnformator.az” a sərnişin Leyla Mirzəyeva bildirib ki, dünyada belə praktika var, lakin mən düşünmürəm ki, bu, sıxlıq problemini tam aradan qaldırsın:

 

“Çünki ödənişdə müəyyən fərq olsa belə, metro yenə də saatlarla tıxacda qalmaqdan daha əlverişlidir. Narahatlıq məsələsinə gəldikdə isə, insanlar bu ödəniş sisteminə alışana qədər müəyyən vaxt lazım olacaq və bu da müvəqqəti narahatlığa səbəb ola bilər”.

 

Mövzu ilə bağlı Metropolitenə sorğu ünvanladıq, lakin sorğumuza cavab gəlmədi.

 

Selcan Xudiyeva

#görə #baki #gündəmindədir? #gündəm #ödəniş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər