Müasir dövrdə gənclərin psixoloji gərginliyi artır — mütəxəssislər xəbərdarlıq edir
Son illər sosial dəyişikliklər, iqtisadi çətinliklər və informasiya axınının artması gənclərin psixoloji durumuna ciddi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, xüsusilə 16–25 yaş arası gənclərdə stress, təşviş və özünə inamsızlıq halları əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.
Bu mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a bildirib ki,sözsüz ki, bizim böyüdüyümüz mühit psixologiyamıza, həyat şəraitimizə və düşüncə tərzimizə çox böyük təsir göstərir:
“Bu təsir danılmaz bir haldır.Məsələn, dəstək və sevgi dolu bir ailədə böyüdüyümüz zaman özümüzə inamımız və güvənimiz daha çox olur. Əksinə, təhqir və tənqid dolu bir ailə mühitində böyüyən insan özünə qapanmış, ya da aqressiv bir şəxsə çevrilə bilər. Yəni, insan yaşadığı ailə mühitinə uyğun olaraq davranış formalaşdırır. Buna görə də ailə mühitinin psixologiyamıza və həyat tərzimizə təsiri çox böyükdür.Hazırkı dövrdə isə sosial şəbəkələrdən gördüyümüz nümunələr ailə modelimizlə uyğun gəlmədikdə, düşüncələrimizdə müəyyən çaşqınlıq yaranır. Bu çaşqınlıq da istər-istəməz psixoloji vəziyyətimizə mənfi təsir göstərir.Təhsil müəssisələrində psixoloji dəstək sistemi mövcuddur, lakin kifayət qədər güclü deyil. Biz psixoloji dəstəyi yalnız problem yarandıqdan sonra deyil, problem yaranmadan öncə tətbiq etməliyik. Yəni, psixoloji dəstək sadəcə problemlərin həlli üçün deyil, onların qarşısını almaq üçün də vacibdir. Bu məqsədlə təhsil müəssisələrində təlimlər, maarifləndirici görüşlər və söhbətlər mütəmadi şəkildə təşkil olunmalıdır.İndiki dövrdə gənclərin maariflənməyə daha çox ehtiyacı var. Əvvəllər insanların dünyagörüşü daha məhdud idi, çünki sosial mühit dar idi və başqalarının həyatı barədə çox az məlumatımız olurdu. İndi isə sosial şəbəkələr vasitəsilə yayılan yanlış təbliğatlar gənclərə təəssüf ki, mənfi təsir göstərə bilir. Buna görə də gənclər və uşaqlar üçün maarifləndirici tədbirlər problem baş verməzdən əvvəl həyata keçirilməlidir.Bunun ilkin əlamətləri yuxusuzluq, iştahanın azalması, əsəbilik, gərginlik və stressin artmasıdır.Həmçinin, kiçik bir hadisəyə həddindən artıq reaksiya vermək, cəmiyyətdən uzaqlaşmaq, özünə qapanmaq və ya əksinə, həddindən artıq sosial olmaq da bu vəziyyətin göstəricisi ola bilər.Valideynlər mütləq şəkildə övladlarına diqqətlə yanaşmalı, onların maraq dairəsini və ruh halını izləməlidirlər. Nəyə görə özlərini yorğun, ya da dəyərsiz hiss etdiklərini anlamağa çalışmalıdırlar. Bütün bunlar qayğı və sevgi ilə, amma balanslı şəkildə edilməlidir. Vacib olan övladla açıq, səmimi və anlayışlı münasibət qurmaqdır”.
Cavahir Əsgərbəyli
