Müasir TV-də dron çəkilişləri: üstün cəhətlər və problemlər
Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Multimedia və elektron kommunikasiya kafedrasının təşəbbüsü ilə elmi seminar təşkil olunub.
İnformator.az xəbər verir ki, kafedranın baş müəllimi Əli Hacıyev "Müasir TV-də dron çəkilişləri: üstün cəhətləri və problemlər” mövzusunda keçirilən seminarda jurnalistika fakültəsinin tələbə və müəllimləri üçün maraqlı təqdimat edib.
Əli Hacıyev dron jurnalistikasının tarixindən, inkişaf mərhələlərindən, müxtəlif məqsədlərə xidmət etməsindən, Azərbaycanda və digər ölkələrdə dronların istifadə imkanlarından ətraflı bəhs edib.
Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli çıxış edərək elmi seminarın faydalı olduğunu vurğulayıb.
Seminarda çıxış edən Jurnalistika fakültəsinin Elmi işləri üzrə dekan müavini, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Sevinc Əliyeva belə elmi seminarların təşkilində Multimedia və elektron kommunikasiya kafedrasının davamlı təqdimatlarla çıxış etdiyini diqqətə çatdırıb.
Sonda Ə. Hacıyev media və yeni texnoloji şərait barədə tələbələrin və müəllimlərinin suallarını cavablandırılıb.
Aydan Qasımova
