MÜBARİZ İBRAHİMOVUN ADINI DAŞIYAN MƏKTƏBDƏN ƏLA NƏTİCƏ
Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksini bu il 37 məzun bitirib. Onların 7-si fərqlənmə ilə məktəbi başa vurub. Bu, məktəbin ilk uğuru da deyil.
Təhsil Kompleksinin icraçı direktor müavini Müşfiq Dadaşov deyir ki, ölkənin tanınmış üniversitetlərinə qəbul olan məzunlarla yanaşı, Təhsil Kompleksinin 2 məzunu Türkiyənin nüfuzlu təhsil ocaqlarına daxil olub. “Təbii ki, burda 100 faizdən əlavə həm də sevindirici haldır ki, hər bir şagird hədəflərini dəqiq bilir. Peşəyönümlü ixtisas istiqamət üzrə öz ixtisasını öncədən dəqiq bədirləmiş olur. Bu baxımdan biz öncəki nəticələri bir daha təzələmiş və yeni nailiyyətlər əldə etdiyimizi düşünürəm”.
Qeyd edək ki, bugünədək Təhsil Kompleksini 283 məzun bitirib. 100 faiz nəticə ilə ali təhsil ocaqlarına daxil olan məzunların böyük əksəriyyəti indi paytaxtla yanaşı, ayrı-ayrı xarici dövlətlərdə seçdiyi ixtisas və peşə üzrə fəaliyyət göstərirlər.
SAMİR
