Müğənni Gülşən həbs cəzası aldı
Türkiyəli sənətçi Gülşən haqqında 10 ay həbs cəzası verilib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi Gülşən ötən il aprelin 30-da Ataşehirdə verdiyi konsertdə İmam Hatip Liseyi şagirdləri haqqında söylədiyi fikirlərə görə "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək" ittihamı ilə mühakimə olunduğu cinayət işi üzrə hökm elan edilib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Gülşənə 10 ay həbs cəzası verilərək, hökmün elanı sonraya saxlanılıb.
Müğənni ötən il avqustun 25-də həbs olunaraq Bakırköy Qadın Qapalı həbsxanasına göndərilib. Daha sonra Gülşən avqustun 29-da həbsinə etiraz qəbul edildikdən sonra yaşadığı yeri tərk etməmək şərti ilə azadlığa buraxılıb. Bu şərt sentyabrın 12-də aradan qaldırılıb.
Qeyd edək ki, sənətçinin 250 min TL təzminat ödəməsi qarşılığında məhkəmə tərəfindən ölkədən çıxış qadağası ləğv edilib.
