Müharibə yeni mərhələyə keçir: Ukrayna PUA-larla Rusiyanı vurub
Rusiya-Ukrayna münasibətləri onsuzda yüksək gərginlik mərhələsində idi. Ukrayna Silahlı Qüvvələrinin PUA-larla Rusiya ərazisinə endirdiyi son zərbələr bu gərginliyin daha da artacağını deməyə əsas verir. Bu hücumlar təkcə iki ölkə arasında deyil, eyni zamanda Rusiya ilə Qərb arasında münasibətlərin də növbəti mərhələdə daha sərt müstəviyə keçəcəyindən xəbər verir.
Məsələ ilə bağlı politoloq Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, son hadisələr fonunda diplomatik səylərin nəticəsiz qalması diqqət çəkir:
“Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Əbu-Dabidə keçirdiyi görüşlər hər hansı real razılaşma ilə yekunlaşmayıb və bu da hərbi eskalasiyanın qaçılmaz olduğunu göstərir. Ekspert qeyd edib ki, hazırda dünya analitiklərinin böyük əksəriyyəti ABŞ-nin keçmiş Prezidenti Donald Trampın irəli sürdüyü vasitəçilik yanaşmasını real hesab etmir.Əsas problem tərəflərin ərazi məsələsində mövqelərinin tamamilə zidd olmasıdır. Belə bir vəziyyətdə kompromis axtarışları nəticəsiz qalır və hərbi üsullar ön plana çıxır. Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiya ərazisində hədəflərə zərbələr endirməsi də məhz müharibənin daha sərt mərhələyə keçəcəyinin göstəricisidir.Yaxın dövrdə münaqişədə daha uzaqmənzilli silahların tətbiqi də istisna olunmur. Bu isə müharibənin coğrafiyasının və intensivliyinin genişlənməsi riskini artırır. Onun sözlərinə görə, Ukrayna münaqişənin yalnız ölkənin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini qəbul edir. Rusiya isə geri addım atmaq niyyətində deyil”.
Ekspert əlavə edib ki, bu şəraitdə müharibənin taleyi daha güclü və daha ağır zərbələr endirən tərəfin xeyrinə dəyişə bilər:
“Xüsusilə, Avropa dövlətlərinin Ukraynaya verdiyi hərbi dəstək fonunda Rusiyanın manevr imkanlarının getdikcə məhdudlaşdığı müşahidə olunur. Rusiyanın beynəlxalq təcridi və iqtisadi zəifləməsi uzunmüddətli müharibə aparmaq potensialını azaldır. Bu baxımdan qarşıdakı mərhələdə münaqişənin daha gərgin və həlledici fazaya keçəcəyi istisna edilmir”.
Ayşə Müzəfərli
