Müəllimlərə bahalı hədiyyələr verilməlidir?
“Oktyabrın ilk həftəsi “Müəllimlər günü” kimi qeyd olunur. Hər bayram yaxınlaşdığında sinif rəhbərinin təyin etdiyi qiymət üzrə müəllimlər üçün yığılan pullar, valideyn komitəsinin sinif rəhbəri üçün (guya xəbəri yoxuydu) yığdığı pullar və s. kimi xoşagəlməz proses ictimaiyyətdə ikrah oyadırdı”.
Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, hər il orta məktəblərdə Təhsil Nazirliyi ciddi mübarizə aparsa da Müəllimlər günü öncəsi pul yığdırır. Bu proses hər il bütün bayramlar öncəsi gedir.
“Maraqlıdır ki, bu bayramların obyekti daha çox xanım müəllimlər olur. Həm müəllimlər günündə, həm Müəllimlər günündə bu xoşagəlməz hal baş verir.
Diqqəti çəkən odur ki, əvvəllər məktəblərdə əlamətdar günlərlə bağlı pulu director, müavini, sinif rəhbəri və ya müəllimlər yığırdısa, indi bunu müəllim - valideyn Komitəsi edir. əminliklə deyə bilərəm ki, orta məktəblərdə direktorun icazəsi olmadan pul yığa bilməz.
Əlbətdə ki, cəmiyyət onu dünyaya gətirənə, ona elm öyrədənə təşəkkür etməlidir, onu təbrik etməlidir. Amma bu heçdə kütləvi şəkildə məcburi qaydaa pul yığımı ilə həyata keçrilməməlidir.
Bayramlar münsibəti ilə artıq son illər məktəblərdə normal tədbirlər keçirilmir. Ssenarilər yazılmır. Ssenari eynidir, ancaq pul yığılması.
Amma Rusiyada, Gürcüstanda bununla bağlı xüsusi proqram hazırlanır, məkrəblərin öz fəaliyyət dərnəkləri xüsusi proqramlar nümayiş etdirirlər.
Gürcüstanda heç bir əlamətdar gündə şagirdlərdən pul yığıl bilməz. hətta valideyinlər istəsələr belə bunu edə bilməzlər. Müəllimlərin özü buna imkan veməz. Heç avropa və Amerika ölkələrində demirəm.
Bizdə isə aşağı əmək haqqını bəhanə edib müəllimlər hər bayram günü gözlərini şagirdlərin əllərinə dikirlər. Pul verməyən şagirdə qarşı isə çox pis münasibət olur. Ona psixoloji təziq edirlər
Təəsüf ki, buna yol verən müəllimlərimizin sayı heçdə az deyil.
İlk növbədə qeyd edim ki, bu gün Azərbaycanın 4481 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71%-ni xanımlar, 29 %-ni isə kişi müəllimlər təşkil edir. Əslində bu rəqəmlər vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Yəni hal hazırda təhlükə yalnız və yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və ən nəhayət, uşaq xarakterinin formalaşması ilə bağlıdır.
Uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş, ali məkətəbə qədər ancaq qadın müəllimlərin , evədə də analarının təsiri altında formalaşır ki, bu da onların xarakterinə təsirsiz ötüşmür.
Etiraf edim ki, bu gün müəllimlərin aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir. Biz 1980-ci illərə nəzər salsaq görərik ki, bu rəqəm 50/50 vəziyyətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı. 1995-ci ildən sonra ölkədə sabitlik yarandıqdan sonra da müəllimin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı.
Hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, 3600-ü isə kişidir.
müəllimlərin məvaciblərinin azlığı kişi pedaoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimələr tədris edirlər. kişilərin sayının az olması bir sıra problemıərə gətirib çıxarır.
Orta ümumtəhsil məktəblərində valideyn-müəllim assosiasiyaları olur və onların məqsədi müəllim və şagirdlər arasındakı münasibətləri tənzimləməkdir. Amma demək olar ki, bu kimim qrum və qruplarda nə kişi müəllimlər olur nədə kişi valideyinlər.
Real vəziyyət ondan ibarətdir ki, orta ümumtəhsil məktəblərindəki valideyn-müəllim assosiasiyası daha çox məktəbdə baş verən pul yığımlarının məktəb rəsmiləri tərəfindən keçirilməməsinin qarşısını alıb.
Bəzən müəllimlərin özü də bu qruplarda olur, onlar uşaqların vəziyyəti ilə bağlı mütəmadi olaraq valideynlərə məktəb işində, övladlarının tədris prosesində fəal iştirakına dair ümumi məlumat verir. Müəllimin iştirak etdiyi qruplar tədrisin keyfiyyətinin artmasına müsbət təsir edir. Valideynlərin özləri də bu yolla bir-birləri ilə fikir mübadiləsi aparırlar.
Müəllimin iştirak etmədiyi “WhatsApp” qruplarında isə valideynlər bayramlar, ad günləri və digər tədbirlərlə bağlı razılaşaraq pul yığılmasını həyata keçirirlər. İlkin nəticədə yığılan pullar müəllimə çatır. Buna rüşvət də demək olmaz. Bu bir növ pul yığımının məktəbin rəsmilərindən valideynlərə keçməsinə xidmət edən qrupdur. Ümumilikdə isə bu, qrupların təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilin əlçatan olmasına müsbət təsirləri var.
Yaxşı məvacib almayan müəllimin dərsə marağı olmur. Fədakarlıq edənlər var təbii. Amma ümumilikdə normal şərtlər olmadan fədakarlıq üzərində bir sistem qurmaq olmaz. Hər kəsdən fədai olmağı gözləmək də doğru deyil. Ona görə də bu işə məsul olan insanlar düşünməlidir mütləq”.
Nuranə Məmmədova
