00:00:00
Yazar
Admin User
17.11.2023 16:53 268 1 dəq oxuma
Sosial

Müəllimlər uşaqların marağını, ehtiyacını nəzərə almalıdırlar

Müəllimlər uşaqların marağını, ehtiyacını nəzərə almalıdırlar

Bəzi müəllimlər şagirdlərə tədris prosesini sərt şəkildə tətbiq edirlər. Bəs bu davranış şagirdlərin dərsi mənimsəməsinə necə təsir edir? Müəllimlər şagirdlərlə necə davranmalıdır?

 

Mövzu ilə bağlı psixoloq Aynur İsmayılova fikirlərini informator.az-a bölüşüb. Psixoloqun sözlərinə görə, bəzi müəllimlər hələ də Sovetin təsirindən çıxa bilməyiblər.

 

"Müəllim-şagird münasibətində müəllimlər standartlara uyğun olaraq, keçmiş Sovetlərdən qalan “hamı dərs oxumalıdır” prinsipi ilə yanaşırlar deyə, şagirdlərdə müxtəlif bacarıqlar inkişafdan geri qalır. Sərt təşkil olunan tədris prosesi yaxşı oxumaq istəyən uşaq üçün də neqativ nüansdır. Sərt təşkil olunan tədris prosesi zamanı uşağın həvəsi də qalmır ki, dərs oxusun”.

 

Psixoloq düşünür ki, dərs metodlarında yumşalmalar olmalıdır.

 

“Ona görə də müasir standartlara cavab verə biləcək, yumşaq dərs metodlarından istifadə etmək lazımdır. Müəllimlər uşaqların marağını, ehtiyacını nəzərə almalıdırlar”, - deyə psixoloq əlavə edib.

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər