00:00:00
Yazar
Admin User
05.09.2023 18:39 659 2 dəq oxuma
Sosial

MÜƏLLİMLƏRİN ƏMƏK MÜQAVİLƏLƏRİNƏ XİTAM VERİLİR

MÜƏLLİMLƏRİN ƏMƏK MÜQAVİLƏLƏRİNƏ XİTAM VERİLİR

  Təkrar sertifiksiyadan keçməyən müəllimlərin əmək müqavilələrinə xitam verilməsinə başlanılıb. Mövcud qərar həm müəllimlər, həm də ümumilikdə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Qərarı haqlı sayanlar da var, müəllimlərə haqsızlıq edildiyini deyənlər də. Ekspertlər isə başqa qənaətdədir.

  Təkrar sertifikasiyadan keçməyən müəllimlər arasında kar və cingiltili samitləri, qalıqlı bölməni bilməyənlər var. Mütəxəssislər deyirlər ki, 2008-2009-cu ildən etibarən kurikulum təhsil sistemi tətbiq edilir. Bəzi müəllimlər hələ də bu sistemə yaddır. Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, kurikulum isə müasir çağırışlara cavab verən müəllimlər tələb edir. “Ola bilər imtahan həyəcanından kimsə bir bal artıq yığa bilməz və yaxud da sağlılığı ilə bağlı bir bal yığa bilməz, amma bunu yaxşı ötən il etdi, bu il də yenə eyni şeyi təkrar etmək artıq mənim üçün bəhanə kimi dəyərləndirilir. Çünki mən ötən il şans verdim, iştirak etdiz və əlavə bir il də şans verdim, yenə eyni nəticəni əldə etdimsə, təbii ki, mən onları yenidən təhsil sahəsinə buraxıramsa, özüm-özümü aldatmış kimi hesab olunur. Yəni mən deyərkən dövləti nəzərdə tuturam. Artıq həmin şəxslərə yenidən şans verilməsi qəbul olunmazdır”.

  Bu baxımdan mütəxəssislər həmin müəllimlərin əmək müqavilələrinə xitam verilməsini və onların tədris prosesindən uzaqlaşdırlması qərarını haqlı hesab edirlər.

   Elm və Təhsil nazirinin müavini Həsən Həsənli isə deyir ki, əmək müqaviləsinə xitam verilən, sosial həssas qrupa daxil olan bəzi şəxslər tədris prosesindən uzaqlaşdırılsalar da, məktəbdaxili işlərdə çalışa biləcəklər. Qısa müddətdə yerli təhsil idarələri yanında yaradılmış işçi quruplar əmək müqavilələrinə xitam verilmiş müəllimlərlə fərdi iş aparacaq və xüsusilə həssas qruplara aid olan təhsilverənlərin işi diqqət mərkəzində saxlanılacaq. “Burada niyyət yeni tədris ilindən etibarən şagirdlərimizin yüksək keyfiyyətli müəllimlərdən tədris görməsidir. Bu istiqamətdə əsas meyar həmin müəllimlərin yüksək ixtisas biliyinin olmasıdır. Tədris aparmaq üçün hazırlığını olmasıdır”.

  Mütəxəssislər sertifikatlaşdırma prosesini uğurlu hesab edirlər. Onların fikrincə, proses bu formada aparılmağa davam edərsə, bir neçə il sonra nəticə qənaətbəxş olacaq ki, bu da təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək.

NƏRGİZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər