00:00:00
Yazar
Admin User
02.01.2026 09:39 82 1 dəq oxuma
Dünya

Maduro ABŞ-yə narkotik ticarəti ilə mübarizədə əməkdaşlıq təklif edib

Maduro ABŞ-yə narkotik ticarəti ilə mübarizədə əməkdaşlıq təklif edib

Venesuela ABŞ ilə əməkdaşlıq etmək istəyir.

 

“İnformator.az”ın xəbərinə görə, bununla bağlı ölkə Prezidenti Nikolas Maduro yerli mətbuata açıqlamasında deyib ki, Venesuelanın şüarı çox aydındır:

 

“Müharibə yox, sülh! Hakimiyyət də Amerika xalqını qardaş hesab edir. Əgər onlar (ABŞ-red.) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün saziş bağlamaq istəsələr, biz hazırıq. Əgər onlar neft istəyirlərsə, biz “Chevron”un təklif etdiyi kimi, nə vaxt, harada və necə uyğun bilirlərsə, investisiyalara hazırıq”. 

 

Xatırladaq ki, ABŞ-nin “Chevron” neft şirkəti Co Bayden və Donald Tramp administrasiyaları tərəfindən verilmiş lisenziyalar sayəsində Venesuela quyularının istismarını davam etdirir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər