00:00:00
Yazar
Admin User
04.01.2026 04:53 69 1 dəq oxuma
Dünya

Maduro Nyu-Yorka gətirilib

Maduro Nyu-Yorka gətirilib

Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorka gətirilib.

 

"İnformator.az" xəbər verir ki, Venesuela liderinin Narkotiklərlə Mübarizə İdarəsinin Nyu-York ofisində görüntüləri Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

 

Yayımlanan videoda Maduronun agentlərin nəzarəti altında dəhlizdə əlləri qandallı şəkildə getdiyi görünür.

 

Bu görüntülər Venesuela Prezidentinin Nyu-Yorka gəlişinin ilk rəsmi sübutudur.

 

"NBC News"un məlumatına görə, Venesuela liderinin yanvarın 5-də Manhetten federal məhkəməsində narkotik və silah qaçaqmalçılığı ittihamları ilə hakim qarşısına çıxarılacağı gözlənilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər