Maduronun ələ keçirilməsinə görə dərindən sarsılıb
Çin ABŞ-nin Venesuelaya hücumundan, Prezident Nikolas Maduronun ələ keçirilməsindən dərindən sarsılıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
"Biz ABŞ-nin beynəlxalq hüquqa və BMT Nizamnaməsinin müddəalarına riayət etməyə, həmçinin digər ölkələrin suverenliyinə və təhlükəsizliyinə qarşı təcavüzləri dayandırmağa çağırırıq", - bəyanatda vurğulanıb. Qeyd edək ki, bu gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-ayə aparıb.
