00:00:00
Yazar
Admin User
17.08.2023 12:06 343 1 dəq oxuma
Sosial

MAGİSTRATURA ÜÇÜN SON ŞANS

MAGİSTRATURA ÜÇÜN SON ŞANS

   Ali təhsil müəssisələrinin magistratura pilləsində boş qalan yerlərinə qəbul olmaq istəyənlərin 3 gün vaxtı qalıb. Seçim üçün müddət avqustun 14-dən 20-dəkdir. 1-ci tur ixtisas seçimlərində iştirak edə bilməyənlər və yaxud da istədikləri ixtisasa qəbul olmaq üçün balları kifayət qədər olmayanlar bu seçimlərdə iştirak edəcəklər.

   Topladığı bala görə ilk ixtisas seçiminin cavabı uğursuzluqla nəticələnən Sevda Qulamova 2-ci tur ixtisas seçimlərində də iştirak edəcək. O, Lənkəran Dövlət Universitetinin Mühasibat ixtisasını bitirib. Magistr təhsili olaraq isə UNEC-in Biznesin idarə edilməsi və təşkili ixtisasını seçəcək. Arzuladığı ixtisasa düşmə şansının balından asılı olacağını deyən Sevda magistratura imtahanından 63 bal yığıb. Bundan öncə ixtisas seçimində kənarda qalmağının səbəbi isə seçdiyi ixtisasların balının 70-dən yuxarı olması olub.

   Bir daha şanslarının olmayacağını deyən təhsil üzrə ekspert Elşən Qafarov bakalavrları bu dəfə eyni səhvi etməməyə çağırır. Təhsil eksperti digər illərlə müqayisədə bu il yerlərin sayının 46 mindən 56 minə qaldırılması ilə razılaşmır. Deyir ki, əvvəlcə ixtisas seçilməli, bakalavr hədəfi olan ixtisasa əsasən universitet müəyyənləşdirməlidir. “Əgər bu belə olsa, gənclərin gələcək karyerası üçün daha faydalı olacaq, çünki tələbələr sırf "ali təhsilli" olsunlar, deyə təhsil alırlar, sevdikləri peşə üzrə mütəxəssis olsunlar deyə, yox”. Ekspert bu məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə müraciət etdiklərini, amma heç bir nəticənin olmadığını da vurğulayır.

ÇİNARƏ MURADOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər