Magistraturaya qəbul nəticələri açıqlandı-İRAD VƏ CAVAB
Bu gün təhsilin magistratura pilləsinə qəbul nəticələri açıqlandı. Həm Azərbaycanda, həm də xarici ölkələrdə universitetlərə qəbul olunub, ancaq xarici seçən tələbələr qəbul olmayan tələbələrin iradına səbəb olub. Bu iradları nəzərə alaraq İnformator.az əməkdaşı həm Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə, həm də Türkiyənin Sakarya universitetinə qəbul olan Ruslan Abbasın fikirlərini öyrənib.
.png)
.png)
Ruslan Abbas hesab edir ki, bütün bakalavrların magistratura pilləsində təhsil alması üçün imtahana buraxılması eyni, bərabərhüquqlu şərtlər altında keçirilir:

"Mən də normal şəkildə digər yoldaşlarım kimi əlimdən gələni edib, sözün həqiqi mənasında gecəmi gündüzümə qatıb imtahana hazırlaşmışamsa və nəticədə kodlaşdırdığım ixtisas üçün məqbul hesab edilən balı toplamışamsa, burada kiminsə haqqına girməkdən söhbət gedə bilməz. Siz bunun maddi tərəfi, yəni hazırlaşmaq üçün kursa verilən aylıq ödənişlər və s. haqqında da düşünün.
Düşünürsünüz ki, özümün, müəllimlərimin və ailəmin bu qədər əziyyətini yerə vurub imtahanda kifayət qədər bal topladığım halda ixtisas seçimi etməməli idim? Hərbi xidmətdən möhlət almaq hüqüqu qazanmaq da mənim imtahanda iştirak etməyimin, ixtisas seçimi etməyimin əsas səbəbəblərindən idi. Əgər siz mənə hərbi xidmətdən möhtlət hüququ verirsinizsə, universitet üçün qeydiyyatdan keçməyəcəm.
4 illik bakalavr təhsilimi Azərbaycanda aldım. Düşünürəm ki, Azərbaycan təhsil sistemi mənə qazandıra biləcəyi ən yüksək naliyyətləri artıq qazandırıb. Bu halda qarşımda digər bir ölkədə, xüsusilə, seçdiyim ixtisas üzrə daha yüksək səviyyəli mühit olduğu bir ölkədə təhsil almağı daha uyğun hesab edirəm. Əsl haqsızlıq minLərlə tələbənin arzusunda olduğu təqaüd proqramının yaratdığı imkanları heçə sayıb sırf haqsız, haqqa girən deyə ittiham edilməmək üçün təhsilimi Azərbaycanda davam etdirməyim olar.
Hələ tam qərarımı verməmişəm, Azərbaycanda təhsil almağımı da istisna etmirəm. Bəlkə də şərtlər və zaman onu diqtə edəcək ki, mən elə burada qəbul olduğum ixtisas üzrə təhsil alacağam".
Fatimə Mustafayeva
