00:00:00
Yazar
Nigar Həsənzadə
22.02.2026 23:47 8 1 dəq oxuma
İdman

Mahir Emreli ilə bağlı xoş xəbər

Mahir Emreli ilə bağlı xoş xəbər

Almaniyanın 2-ci bundesliqasında çıxış edən “Kayzerslautern” heyətində forma geyinən Azərbaycan millisinin üzvü Mahir Emreli uzunmüddətli zədədən sonra yenidən yaşıl meydanlara dönüb.

 

"İnformator.az" "Globalinfo.az"a istinadən xəbər verir ki, 23-cü tur çərçivəsində səfərdə “Proyssen Munster”lə qarşılaşan “Kayzerslautern”in heyətində Emreli 88-ci dəqiqədə meydana daxil olub.

 

O, komanda yoldaşı Naatan Skittanı əvəzləyib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçda “Kayzerslautern”in qollarını Ritter (9-cu dəqiqə, penalti və 40-cı dəqiqə) və Bassett (45+1) vurub. Meydan sahiblərinin heyətində isə Hoyer 21 və 87-ci dəqiqələrdə fərqlənib.

 

#mahir #emreli #xoş #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər