00:00:00
Yazar
Admin User
29.10.2025 19:17 117 2 dəq oxuma
İdman

"Mahir özünü orada xoşbəxt hiss etmir"

"Mahir özünü orada xoşbəxt hiss etmir"

"Mahirin problemi futbolla əlaqəli deyil. Çünki Mahir usta futbolçudur, onun artıq 28 yaşı var, nə taktika, nə psixologiya ona təsir edər. İllərdir xaricdə yaşayır, Mahir ingilis dilini də təmiz bilir, üstəlik ikinci mövsümdə Almaniyada, artıq Alman dilini də mənimsəyib".

 

Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Mahirin "Kayzerslautern"də üzləşdiyi vəziyyət meydanla,futbolla əlaqəli deyil:

 

"Mahir millinin son oyunundan sonra açıqlama verib ki, "Kayzerslautern"də yaşananlar Alman futboluna, cəmiyyətinə yaraşmır. Əslində, bu cümləndən yola çıxaraq biz deyə bilərik ki, Baş məşqçi ilə ciddi problem var. Məşqçi Mahirə və digər komanda yoldaşlarına fərq qoyur. Ola bilsin, islamofobdur və ya başqa məsələdir, yaxud baş məşqçinin xasiyyəti belədir. Görünür ki, bu artıq dəqiq futbolla əlaqəli deyil".

 

Müsahibimizin sözlərinə görə, bundan sonra belə görünür ki, çətindir:

 

"Burada artıq klub rəhbərliyi işə qarışmalıdır, məşqçi deməlidir ki: "biz bunu böyük ümidlərlə transfer eləmişik", ya da belə ki, "o başqa kluba gedirdi, biz getdik, danışdıq, gətirdik". Mən həlli bu yolda görürəm.


Mahirin karyerasının bundan sonrakı hissəsinə gəldikdə isə, mən bildiyim qədər ilə Azərbaycana qayıtmaq istəmir, karyerasını xaricdə davam etdirmək istəyir. Mahir usta futbolçudur. Çox yaxşı menecerləri ,agentləri var. Mən elə başa düşürəm ki, Mahir "Kayzerslautern"dan ayrılıb Avropada başqa kluba gedəcək".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər