Makerfild qələbəsindən sonra Starmer hədəfdə: Deputatlar “son mərhələ”dən danışır
“Xəyal dünyasında yaşayır".
“Bir az özünü aldadır".
“Tamamilə reallıqdan uzaqdır".
Bunlar bu gün səhər saatlarında Endi Börnhəmin Makerfild dairəsində keçirilən aralıq seçkidə qalib gəlməsindən sonra Leyborist Partiyasının deputatlarından aldığım mesajların yalnız bir hissəsidir.
Aydın olmaq üçün qeyd edim ki, onların haqqında danışdığı şəxs Ser Kir Starmerdir. O, cəmi iki il əvvəl Leyborist Partiyasını 14 illik fasilədən sonra yenidən hakimiyyətə gətirmiş, həmçinin partiyanın tarixindəki ən ağır ümumi seçki məğlubiyyətindən cəmi beş il sonra bu uğura nail olubdur.
Bu deputatlar partiyanın müxtəlif qanadlarını, fərqli nəsilləri və hökumətdə müxtəlif vəzifələri təmsil etsələr də, bir məsələdə həmfikirdirlər: onların fikrincə, Ser Kir siyasi karyerasının son mərhələsinə daxil olub.
Lakin Ser Kir və onun tərəfdarları hesab edirlər ki, baş nazirin istefasını tələb edənlər reallıqdan uzaq düşünürlər.
Onların bu səhər irəli sürdükləri arqument belədir: daxili çəkişmələrə qərq olmuş hakim partiya görüntüsü məhz ictimaiyyətin əvvəlki hökuməti dəyişmək üçün səs verdiyi vəziyyətdir.
Baş nazirin tərəfdarları arasında yayılan bir sənəddə deyilir:
“Mühafizəkarlar son seçkilərdə məğlub olduqda, britaniyalılar onları ən çox ‘yalnız öz maraqlarını düşünən’, ‘dürüst olmayan’ və ‘parçalanmış’ bir partiya kimi görürdülər".
BBC
Reyhan Qulizadə