00:00:00
Yazar
Admin User
02.02.2015 07:03 344 2 dəq oxuma
Sosial

Makroiqtisadi siyasətin məşğulluğa təsirləri müzakirə olunur

Bakıda makroiqtisadi siyasətin məşğulluğa təsiri məsələlərinə dair beynəlxalq seminar keçirilir.
Makroiqtisadi siyasətin məşğulluğa təsirləri müzakirə olunur

Bakıda makroiqtisadi siyasətin məşğulluğa təsiri məsələlərinə dair beynəlxalq seminar keçirilir.

Üç gün davam edəcək seminar makroiqtisadi siyasətin əmək bazarı və məşğulluq sferalarına təsiri, bu siyasətin məşğulluq strategiyalarına uyğunluğu, demoqrafik, sosial və əmək bazarı tendensiyalarının, gənclərin məşğulluğunun təşviqi və s. məsələlərin müzakirəsinə həsr olunub.

 Makroiqtisadi siyasət nəticəsində son 10 ildə respublikada ümumidaxili məhsul 3,4 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb, ötən il isə bu artımlar müvafiq olaraq 2,7 faiz və 4,8 faiz təşkil edib. Ümumdaxili məhsulun adambaşına düşən həcmi son on ildə 8,4 dəfə artaraq 6300 manata yüksəlib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən 2020-ci ilədək bu göstəricinin iki dəfə artacağı gözlənilir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə,  valyuta ehtiyatları 53 milyard dollara yüksəlib. Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan 144 ölkə arasında ən yüksək rəqabət qabiliyyətli iqtisadiyyata malik 40 ölkə sırasındadır. Minimum əmək haqqı 11,6 dəfə, bir nəfərə düşən orta aylıq əmək haqqı 5,5 dəfə artıb, orta aylıq əmək pensiyası 9,4 dəfə artmaqla yoxsulluq həddini 1,7 dəfə üstələyir.

 Əhalinin gəlirlərinin təkcə ötən il 1,4 faizlik inflyasiya səviyyəsindən üç dəfədən də yüksək olduğunu qeyd edən Səlim Müslümov inkişaf proseslərinin uğurlu nəticəsi kimi ölkədə yoxsulluq səviyyəsinin 5 faizə endiyini diqqətə çatdırıb. Ölkədə muzdla işləyən 1508 min nəfərin 93,3 faizini əhatə edən qeyri-neft sektorunun genişlənməsi 2004-cü ildən bəri bir milyonu daimi olan 1 milyon 360 min yeni iş yerinin açılmasına, məşğulluq problemlərinin aradan qalxmasına səbəb olub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən 2014-cü ilin sonlarında işsizlik səviyyəsi Avropa məkanında 11,5 faiz, Avropa Birliyində 10 faiz, İspaniyada 24 faiz, Portuqaliyada 13,4 faiz, İtaliyada 13,2 faiz, Slovakiyada 12,9 faiz, İrlandiyada 10,9 faiz, Fransada 10,5 faiz, Sloveniyada 8,8 faiz olub. Hətta inkişaf etmiş ölkələrdə artmaqda olan işsizlik səviyyəsi Azərbaycanda son on ildə sürətlə azalaraq 4,9 faizə enib.

Eyni zamanda, yeni yaradılan iş yerlərinin 80 faizinin regionları əhatə etməsi ölkənin bölgələri üzrə əmək bazarları arasında qeyri-bərabər vəziyyətin aradan qalxmasına imkan verib.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər