Makron bizi devirmək üçün əlindən gələni edir - Çiani
Niger Prezidenti Əbdürrəhman Çiani Fransa Prezidenti Emmanuel Makronu Niger hakimiyyətini devirmək üçün əlindən gələni etməkdə ittiham edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Çiani ölkənin dövlət telekanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Makron Nigerin müstəqillik, suverenlik və özünü təminetmə yolunu seçmiş mövcud hakimiyyətini devirmək niyyətindədir.
Prezident həmçinin Nigerin paytaxtı Niamey yaxınlığında hava limanına hücumun ölkədə vəziyyəti gərginləşdirmək üçün planının bir hissəsi ola biləcəyini söyləyib. Çiani bu iddialarını Fransanın regiondakı fəaliyyətləri ilə əlaqələndirib.
