00:00:00
Yazar
Güllər Gülhüseynova
19.02.2026 20:57 11 1 dəq oxuma
Dünya

Makron FCAS döyüş təyyarəsi layihəsini müdafiə edib

Makron FCAS döyüş təyyarəsi layihəsini müdafiə edib

Fransa Prezidenti Emmanuel Macron Belçikada Avropanın gələcək nəsil döyüş təyyarəsi layihəsi FCAS‑ı (Future Combat Air System) müdafiə edib və layihənin gələcəyinin risk altında olmadığını bildirib.

 

Almaniya Kansleri Friedrich Merz isə layihə ilə bağlı fərqli fikirdədir. O deyib ki, Fransa üçün nəzərdə tutulmuş gələcək döyüş təyyarəsi Almaniya ilə tam uyğun gəlmir, çünki Fransanın istədiyi təyyarə nüvə silahı daşımaq və hərbi gəmidən qalxıb enə bilmək qabiliyyətinə malik olmalıdır, halbuki Almaniyanın ordusu bu tip təyyarəyə lazım deyil.

 

"Airbus "şirkətinin icraçı direktoru Guillaume Faury isə bildirib ki, əgər müştərilər tələb edərsə, layihənin çərçivəsində iki fərqli döyüş təyyarəsinin hazırlanması variantı da nəzərdən keçirilə bilər. O əlavə edib ki, bir təyyarə modeli ilə bağlı yaranmış çətinliklər qalan yüksək texnologiyalı müştərək Avropa müdafiə qabiliyyətini təhlükə altına salmamalıdır.

 

Makron deyib ki, dünyada 2040–2050‑ci illərdə üzləşəcəyimiz geosiyasi rəqabət daha da sərtləşəcək, bu da Avropa müdafiə sənayesini gücləndirməyə ehtiyac olduğunu göstərir. Ona görə də birgə döyüş təyyarəsinin inkişaf etdirilməsi strateji qərardır.


Prezident bəyan edib ki, şirkətlər arasında fikir ayrılıqları olur, amma bu dövlətlərin müdafiə strategiyasını müəyyən etməməlidir.

 

EURONEWS
Aysun Xanatova

#yeni #edib #döyüş #müdafiə #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər