Makron təhlükəsizlik zəmanətlərini möhkəmləndirmək üçün Ukrayna və müttəfiqlərini qəbul edir
Fransa Prezidenti Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenskini və ölkənin digər əsas müttəfiqlərini Rusiya ilə atəşkəs vəziyyətində Kiyev üçün təhlükəsizlik zəmanətlərinin razılaşdırılması səylərinin gücləndiyi bir vaxtda qəbul edir.
Sözdə "İstəklilər Koalisiyası"nın bir hissəsi olan 30-dan çox ölkənin dövlət başçıları və yüksək vəzifəli şəxsləri Parisdə görüşürlər. Onların arasında ABŞ-nin sülh danışıqlarındakı vasitəçiləri Stiv Vitkov və Prezident Donald Trampın kürəkəni Cared Kuşner də var. Zelenski bu yaxınlarda Trampla görüşdü və Rusiya ilə müharibəyə son qoymaq planının 90%-nin razılaşdırıldığını bildirib. Lakin təkliflər hələlik Rusiyaya təqdim edilməyib və onun cavabı hələlik ümidverici deyil.
BBC News
Səmayə Səftərova
