Makron virtual media nəhənglərini tənqid edib
Fransa prezidenti Emmanuel Makron növbəti dəfə virtual media platformalarını hədəf alıb. Hindistanda keçirilən AI Impact Summitində çıxış edən Makron virtual mediada alqoritmlərin istehsalı və istifadəsində tam şəffaflıq tələb edib. O, platformaların ifadə azadlığını müdafiə etməsini absurd adlandırıb.
Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən Süni İntellekt Sammitində çıxış edən Fransa prezidenti Emmanuel Makron növbəti dəfə virtual media platformalarını hədəfə alıb, onlarda istifadə edilən manipulyasiya alqoritmlərini tənqid edib.
Makron deyib: "Biz təkbaşına tənzimləmə istəmirik, biz əqli mülkiyyətin arxasınca deyilik: amma biz deyirik ki, siz bunu şəffaflaşdırmalısınız. Siz ifadə azadlığının tərəfdarısınız. Bəziləri ifadə azadlığının tərəfdarı olduqlarını iddia edirlər. Tamam, biz də azad alqoritmlərin tərəfdarıyıq. Tamamilə şəffaf alqoritmlər. Bu ifadə azadlığı çərçivəsində heç kim bilmirsə, deməli, siz necə tam ifadə azadlığı ilə idarə olunursunuz- cəfəngiyatdır, xüsusən də sizi bir nifrət nitqindən digərinə yönləndirirlərsə... Mən sadəcə olaraq bu müxtəlif diskurslar arasında şəffaf bir yol olmasını və bu arada bir növ ictimai asayişin qorunmasını istəyirəm".
CNN Türk
Aydan Əsgərxanlı
