Makrondan Trampın Qrenlandiya qərarına sərt cavab
Rüsumların tətbiqi ilə bağlı hədələr bu kontekstdə qəbuledilməz və yolverilməzdir.
"İnformator.az" xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron X hesabında yazıb.
“Əgər bu ( rüsum tətbiqi – red.) təsdiqlənərsə, avropalılar vahid və koordinasiyalı şəkildə reaksiya verəcəklər. Biz Avropa suverenliyinin qorunmasını təmin edəcəyik", - Makron vurğulayıb.
Qeyd edək ki, ABŞ Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Finlandiya və Niderlanda 10% tarif tətbiq edəcək. Bu tariflər ABŞ-ın Qrenlandiya ilə bağlı razılıq əldə edənə qədər qüvvədə qalacaq.
