00:00:00
Yazar
Admin User
29.12.2025 18:52 94 1 dəq oxuma
Dünya

Makronun Ukraynaya dair mesajı

Makronun Ukraynaya dair mesajı

Fransa prezidenti Emmanuel Makron ABŞ-də keçirilən danışıqlarda Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı irəliləyiş əldə olunduğunu açıqlayıb.

 

Makron sosial şəbəkədəki paylaşımında deyib: "Mən bir sıra digər Avropa liderləri ilə birlikdə Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Donald Trampla görüşdə iştirak etdim. Bundan sonra Zelenski ilə danışdım. Biz ədalətli və davamlı sülhün qurulmasında mərkəzi rol oynayacaq təhlükəsizlik zəmanətləri ilə bağlı irəliləyiş əldə edirik".

Makron həmçinin bildirib ki, Könüllülər Koalisiyasına daxil olan ölkələr hər bir ölkənin konkret töhfələrini yekunlaşdırmaq üçün yanvarın əvvəlində Parisdə görüşəcəklər.

 

Aydan Əsgərxanlı

CNN Türk

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər