00:00:00
Yazar
Admin User
24.11.2025 19:34 119 1 dəq oxuma
İdman

Maksimum gücümüzü ortaya qoyacağıq - Yankoviç

Maksimum gücümüzü ortaya qoyacağıq - Yankoviç

"Qarabağ" futbolçuları "Napoli" (İtaliya) ilə matçda maksimum güclərini ortaya qoyacaqlar.

 

"İnformator.az" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Marko Yankoviç mətbuat konfransında deyib.

 

Yarımmüdafiəçi səfərdə İtaliya təmsilçisi "Napoli"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

 

"Napoli güclü komandadır. Son İtaliya çempionuna qarşı mübarizə aparacağıq. Düşünürəm ki, maraqlı qarşılaşma olacaq. Biz öz oyunumuzu göstərəcəyik. Maksimum gücümüzü ortaya qoyacağıq. Böyük komandalara qarşı matçlarda uda da bilərsən, uduzada bilərsən. Bütün suallara sabah aydınlıq gələcək".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər